Haqqımızda Reklam
23 
Iyl
2019
16:56
1
3
300

Ermənistanın XİN rəhbəri Gürcüstana rəsmi səfər edəcək

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan iyulun 24-25-də Gürcüstana rəsmi səfərə gedəcək. 24News.ge report-a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər. Z.Mnasakanyan gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşəcək. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər. Ermənistanın XİN başçısı Gürcüstanın baş naziri Mamuka Baxtadze və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək. Z.Mnasakanyan Gürcüstandakı erməni icmasının nümayəndələri ilə də görüşü planlaşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989