Haqqımızda Reklam
20 
Iyl
2019
05:38
3
3
795

Eldar Qasımov Tbilisidə ehtiyacları olan azərbaycanlı uşaqlarla bir arada (FOTO)

Gürcüstanda “Biz sizin dostunuzuq” layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirilib. 24News.ge xəbər portalına müsahibə verən Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva bildirib ki, layihəsinin məqsədi sosial və ümumi ehtiyacları olan uşaqlara dəstək olmaqdır. Layihə təşkilatçıları Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası, “Dicover silk road star” və “International Gürcüstan" qəzetidir. Layihə çərçivəsində bir çox tanınmış aktyorlar dəstək olublar. Bu dəfə isə “Eurovision” qalibi Eldar Qasımov müğənni ziyarətiylə Marneuli və Dmanisi rayonlarından azərbaycanlı uşaqlara həmrəylik nümayiş etdirib. İyulun 14-də uşaqlar Uşaq əyləncə mərkəzində əyləniblər. E.Qasımov uşaqları öz ifası ilə sevindirib. E.Qasımov sevə-sevə əyləndirdiyi uşaqlarla yemək yeyib, rəsmlər çəkib, hədiyyələr verib. E.Qasımov deyib: “Dünən Tiflisdə çox xüsusi azərbaycanlı və gürcü uşaqlarla görüşmüşdük. Üzlərindəki təbəssümlərindən daha gözəl şey yoxdur. Ən böyük arzum budur ki, bütün dünyada uşaqlar xoşbəxt böyüsün və böyüklər də onları xoşbəxt böyütməyə həmişə imkanı olsun”. Sözü gedən layihəyə xeyriyyə fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə dəstək üçün diplomlar təqdim olunub. Gecədə Gürcüstan şou-biznesinin nümayəndələri də iştirak ediblər. Gültəkin Mustafayeva uşaqlara sevinc bəxş edən hər kəsə təşəkkür edib və uşaqları xoşbəxt görməkdən daha böyük hissin olmadığını söyləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989