Haqqımızda Reklam
20 
Iyl
2019
05:21
3
1
474

Avropanın daha bir şəhərində sürücüsüz elektrobuslar istifadəyə verildi

Estoniyada pilotsuz elektrobusların təqdimatı olub. 24News.ge xarici KİV-lərə istinadən xəbər verir ki, NAVYA markalı elektrobuslar paytaxt Tallində Kadriorq parkı ərazisində əhaliyə xidmət edəcək. İstənilən şəxs bu qeyri-adi nəqliyyat növündən istifadə edə bilər. Bir dəfəyə 12 sərnişin aparmaq iqtidarında olan elektrobuslar saatda 40 km sürətlə hərəkət edə bilir. Xüsusi hissiyyatlı sensor və radarlarla təchiz olunmuş nəqliyyat vasitələri ətrafdakı obyektlərin yerləşməsi və məsafəsini dəqiq təyin edə bilir. Qeyd edək ki, daha əvvəl elektrobus marşrut xətlərindən Finlandiyanın paytaxtı Helsinkidə istifadə olunmuşdu. Sentyabrda isə Polşanın Qdansk şəhərində bu xidmət işə başlayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989