Haqqımızda Reklam
20 
Iyl
2019
04:45
1
2
366

Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

Əcnəbilər Azərbaycanda üç ali təhsil müəssisəsinə Azərbaycan Respublikasının Prezidentinin yeni təsis etdiyi qrant proqramı əsasında qəbul ola biləcəklər. 24News.ge xəbər verir ki, bununla əlaqədar olaraq İlham Əliyevin müvafiq fərmanı ilə “ADA” Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının və Bakı Mühəndislik Universitetinin nizamnamələrində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ADA” Universitetinə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir. Habelə Akademiyanın və Bakı Mühəndislik Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989