Haqqımızda Reklam
25 
Iyl
2021
15:43
18
6
1995

Pandemiya zamanı vətəndaşlara yazılan cərimələrin silinməsi məsələsi müzakirəyə çıxarılır

Panidemiya dövründə tətbiq edilmiş məhdudiyyətlərin pozulması ilə əlaqədar, haqlarında cinayət işi açılmış vətəndaşların əfvi, həmçinin onlara yazılmış cərimələrin ləğv edilməsi barədə sabah parlament qanun layihəsini müzakirəyə çıxarır. 24News.ge xəbər verir ki, sabah 26 iyul tarixində sözügüdən qanun layihəsi insan hüquqları üzrə komitədə müzakirə ediləcək, daha sonra isə hüquq məsələləri üzrə komitəyə göndəriləcək. Məlumata əsasən, qanun layihəsinin qüvvəyə minməsi ilə birlikdə, 245 000 nəfərdən artıq fiziki və 344 hüquqi şəxsin cərimələri ləğv ediləcək. Ümumilikdə isə silnməsi planlaşdırılan cərimələrin miqdarı 76 milyon lari təşkil edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989