Haqqımızda Reklam
25 
Iyl
2021
11:44
18
5
3233

Aralarında qadın da olan qrup halında soyğunçuluq və zorakılıq edən dəstə saxlanıldı (VİDEO)

Polis qrup halında qarət, soyğunçuluq, işgəncə və başqasının azadlığını qanunsuz olaraq məhdudlaşdırmaq ittihamı ilə 6 nəfər saxlayıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili işlər nazirliyi məlumat yayıb. Məlumata əsasən, Tbilisinin Vake-Saburtalo polis departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup halında fəaliyyət göstərən mütəşəkkil dəstə üzvləri: 1998-ci il təvəllüdlü D.S, 1998-cı il təvəllüdlü V.G, 1990-cı il təvəllüdlü L.X, 2002-ci il təvəllüdlü N.Z, 1981-ci il təvəlldlü R.A və 1994-cü il təvəllüdlü K.L saxlanılıb. Məlum olub ki, onlar 14 iyul tarixində Tbilisinin Şartava küçəsində 1993-cü il təvəllüdlü D.K-nın evinə daxil olaraq, ona fiziki şiddət göstəriblər. Təqsirləndirilən şəxslər zərəçəkəni öldürməklə ittiham edərək, onun pulunu və digər əşyalarını müsadirə ediblər. Onlar daha sonra, D.K-nı şəhər kənarına apararaq, ciddi fiziki təzyiq göstəriblər. Bundan əlavə, təqsirləndirilən şəxslərdən V.G və K.L zərəçəkmiş D.K-ya 18 iyul tarixində ikinci dəfə fiziki şiddət göstərərək, telefon və digər özəl əşyalarını müsadirə ediblər. Təqsirləndirilən şəxslər barəsində cinayət məcəlləsinin 143, 144, 178 və 179-cu maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Sözügedən maddələr əsasında təqsirləndirlən şəxsləri 9 ildən 15 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989