Haqqımızda Reklam
25 
Iyl
2021
11:25
17
3
2194

Qaxaria baş nazir İrakli Qaribaşvilinin istefa məsələsindən danışdı...

"İrakli Qaribaşvilinin vəzifəsindən istefa edib-etməyəcəyi onun şəxsi qərar verməli olduğu bir məsələdir". 24News.ge xəbər verir ki, bu sözləri "Gürcüstan naminə" partiyasının rəhbəri Qiorqi Qaxaria jurnalistlərin ona ünvanladıqları suala cavab verərkən deyib. O bildirib ki, Qaribaşvili öz qərarını verməlidir: "Bütün bunların hamısı vəzifə daşıyan şəxsin yüksək siyasi cavabdehlik məsələsidir. Mən öz qərarımı vermişdim, Qaribaşvili də indi öz qərarını verməlidir", - deyə Qaxaria əlavə edib. Qiorqi Qaxaria həmçinin 5 iyun tarixində jurnalistlərə qarşı kütləvi şiddət hallarını şərh edib. O, bildirib ki, məsələ ilə bağlı parlament üzvləri, daxili işlər naziri və baş nazirin hesabatını dinləməli, bundan sonra isə qanunverici orqan bütün səlahiyyətlərindən istifadə edərək, jurnalistlərə güc tətbiq edənlərin cəzalandırlması yönündə işlər aparmalıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989