Haqqımızda Reklam
25 
Iyl
2021
10:06
14
14
7935

Sabahdan etibarən daha bir ölkə Gürcüstan vətəndaşlarına girişi qadağan edir

Bolqarıstan Səhiyyə nazirinin 24 iyul 2021-ci il tarixli əmrinə əsasən 26 iyul tarixindən etibarən Gürcüstan vətəndaşları Bolqarıstan ərazisinə səfər edə bilməyəcəklər. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar Gürcüstandan çıxan Bolqarıstan vətəndaşlarına və ailələrinə şamil edilmir, onlar son 72 saat ərzində ölkəyə daxil olmaq üçün mənfi "PCR" testin nəticələrini təqdim etməklə daxil ola bilərlər. Xatırladaq ki, bundan öncə İsrail hökuməti də Gürcüstanda yoluxma sayının kəskin artması səbəbindən Gürcüstanı "qırmızı zona" elan edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989