Haqqımızda Reklam
25 
Iyl
2021
09:25
12
6
981

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə çatıb

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 55 nəfərin isə itkin düşdüyü bildirilir. 800 mindən çox insan təhlükəli bölgələrdən təxliyə olunub. 24News.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin məlumatında qeyd olunub. “16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində 814, 9 min nəfər artıq təxliyə olunub”, - deyə məlumatda bildirilib. Daha 440 mindən çox insanın hazırda təcili yardıma ehtiyacı var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989