Haqqımızda Reklam
25 
Iyl
2021
09:21
8
5
641

ABŞ Əfqanıstan ordusuna maliyyə yardımı edəcək

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan hakimiyyətinə maliyyə dəstəyini, humanitar yardımı davam edirəcək. 24News.ge “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib. Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ilə telefon danışığında “Taliban” qruplaşmasının hücumlarını müzakirə edib. Tərəflər münaqişənin yalnız danışıqlar yolu ilə həllinin doğru olduğunu bildiriblər. Cozef Bayden Əfqanıstana humanitar yardımla yanaşı, təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə 3,3 milyard dollar məbləğində maliyyə vəsaitinin verilməsini Konqresdən tələb edib. Həmin məbləğin 1 milyard dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinin hərbi sursat və s. almasına, 700 milyon dolları onların əmək haqlarına, 1 milyard dolları isə Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçirəcəyi əməliyyatlara xərclənəcək. Açıqlamada Cozef Baydenin Əfqanıstandakı tərəflərə birlik çağırış etdiyi vurğulanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989