Haqqımızda Reklam
13 
Iyl
2019
05:12
3
1
1356

Gürcüstanda həbs olunan Fərman Ceyranlı Azərbaycanda da axtarışa verildi

Azərbaycan respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bir neçə vətəndaş barəsində axtarış elan edib. 24News.ge Teleqraf.com-a istinadən xəbər verir ki, bunlardan biri də Ceyranlı Fərman Cahan oğludur. 1957-ci ildə Gürcüstanda anadan olan Fərman Ceyranlı Bakı şəhər sakinidir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib. Qeyd edək ki, axtarışa verilən Fərman Ceyralının adı Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işində hallanıb. Ehtimal olunur ki, Fərman Ceyranlı və digər şəxslər insan orqanını alveri ittihamı üzrə axtarışa veriliblər. Vahab Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989