Haqqımızda Reklam
12 
Iyl
2019
22:20
15
0
958

Moldovanın Baş naziri Saakaşvilidən islahatların aparılmasında kömək istədi

Moldovanın Baş naziri Mixeil Saakaşvilidən islahatların aparılmasında kömək istəyib. 24News.ge "Ria Novosti"yə istinadən xəbər verir ki, Moldovanın Baş naziri Maya Sandu bildirib ki, ölkədə ədliyyə sistemində həyata keçirləcək islahatlarda Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin köməyindən istifadə etmək arzusundadır. "Biz Mixeil Saakaşvilinin hakimiyyəti dönəmində işləyən mütəxəssislərlə danşıqlar aparırıq. Bİz Moldovanın ədliyyə sistemində islahatlar layihələri üzrə işləyirik. Cənab Saakaşvili hazırda, Ukrayna seçkilərində iştrak edir və çox məşquldur, ancaq avqust ayının sonuna qədər bu mövzuda danışıqlarımız olacaq",- deyə Maya Sandu müsahibəsində qeyd edib. Moldovanın Baş naziri Maya Sandunun sözlərinə görə xarici mütəxəsislərin gətirilməsi üçün hazırda ölkə büdcəsində lazımı məbləğ yoxdur, ancaq baş nazir bu sahədə beynəlxalq partniorlara ümid edir ki, lazımı dəstək veriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989