Haqqımızda Reklam
12 
Iyl
2019
17:31
10
3
2814

Temur Abazovun məhkməsində yeni faktlar üzə çıxdı 100-dən çox şahid dindirildi (FOTO)

Bu gün 12 iyul tarixində Rustavi şəhər məhkəməsində Marneulinin keçmiş meri Temur Abazovun işi ilə bağlı şahidlərin dindirilmə prosesi davam edib. 24News.ge xəbər portalına müsahibə verən Temur Abazov məhkəmədə dindirilən şahidlərin faktlarını bizimlə bölüşüb. Abazov qeyd edib ki, bundan öncə ifadə verən şahidlər kimi, bu dəfə də dindirilən şahidlər dindirilmə zamanı Elçin Allahverdiyevin atdığı böhtanların üstünü açıblar. Temur Abazov bizə müsahibəsi zamanı bildirdi ki, hadisə baş verən ərazidəki stəkan uzun zaman idi ki, ekspertizada idi və nəhayət oradanda müsbət cavab gəlib: "Bilirsiz ki, sözü gedən hadisədə Elçin Allahverdiyev əlində stəkan tutmuşdur o, iddia edirdi ki, həmin stəkanı ona mən vermişəm elə bu iddiaya görə stəkan ekspertizaya göndərildi və bu günlərdə gələn cavab birdaha sübut etdi ki, Elçin Allahverdiyevin iddiası böhdandan başqa birşey deyil, çünki sözü gedən stəkandan mənim əl izlərim çıxmadı". Bu gün baş tutan məhgəmədə başqa bir şahiddə dindirilib. Beləki Elçin Allahverdiyev sözü gedən hadisədən sonra özünü öldürəcəyini deyərək qonşusunun yanında bu əmələ cəhd etdiyini deyib hadisədə iddia olunan qonşuda şahid kimi dindirilib və o belə bir hadisənin oldmadığını deyərək E.Allahverdiyevin sadəcə onun yanına gələrək bir müddət sonra telefonla danışıb çıxdığını bildirib. Məhkəmə zalına çıxarılan başqa bir şahid isə meriyanın işçilərindən olub. Hansı ki, E.Allahverdiyev iddia edirmiş ki, Temur Abazov onu qəbul otağından təhqir edib qovaraq çıxarıb. Meriyanın işçisi dindirlmə zamanı belə bir halın olmadığını və bu kimi sözlərin yalan olduğunu deyib. Dindirilmələr zamanı oda bəlli olub ki, Temur Abazov E.Allaverdiyevi meriyada işə götürmədiyi üçün E.Allahverdiyev ona qarşı hiddətli ifadələr işlədirmiş: "Siz bilirsiz ki, mən çox vaxt işə gedən zaman ictimai nəqliyatdan istifadə edirdim və bir gün mən mindiyim avtobusda təsadüfən Elçin Allahverdiyevdə minmişdir və o düşəndə mənə dedi ki, sən görəcəksən mən səni neyniyəcəm. Bu hadisənin doğru olub olmaması üçün bu gün mənim yanımda olan şahidlərdə dindirldi və onun bu sözlərini təsdiq etdilər" - deyə Temur Abazov bildirdi. Qeyd edək ki, ötən məhkəmə prosesində digər şahidilər də bir neçə faktın üsdünü açmışdırlar. Ümumilikdə isə məhkəmə prosesi başlayandan bu günə kimə 100-dən artıq şahidin dindirldiyi qeyd olunur. Keçmiş mer bizə müsahibəsi zamanı tezliklə onun günahsız olduğunun sübuta yetirləcəyinə də inandığını bildirdi: “Mən əvəldəndə deyirdim ki, mən günahsızam və bu şər böhtandır şahidlərin dindirlməsi və üzə çıxan bu faktlar bir daha mənim günahsız olduğumu sübüt edir. Mən hakimin düzgün qərar qəbul edəcəyini və mənə bəraət verəcəyini gözləyirəm". T.Abazov məhkəmə prosesinin hələ davam etdirildiyini qeyd edərək şahidlərin çox olduğundan onların dindirlməsi məhkəmənin uzanmasına səbəb olur deyə qeyd etdi. Məlumat üçün xatırladaq ki, T.Abazov 2018-ci ilin 13 iyun tarixində qeyri-insani və alçaldıcı davranış faktı ilə ittiham olunaraq prokurorluq tərəfindən saxlanılmışdı. Məhkəmə isə 13 dekabr tarixində onu girov qarşılığında azadlığa buraxıb. Məhkəmə prosesi davam etdirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989