Haqqımızda Reklam
12 
Iyl
2019
18:13
0
0
217

“Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan Batumi beynəlxalq konfransı başa çatıb

Batumi şəhərində keçirilən Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan 16-cı beynəlxalq konfrans başa çatıb. 24News.ge xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani konfransda bağlanış nitqi ilə çıxış edib. O, konfransın nəticələrini yüksək qiymətləndirərək qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. D.Zalkaliani deyib ki, Gürcüstan tərəfi “Şərq tərəfdaşlığı” proqramının gələcək perspektivləri ilə bağlı tədbirdə təqdim olunan bütün ideyaların əks olunduğu sənəd hazırlayaraq tərəfdaş ölkələr arasında yayacaq. XİN rəhbəri beynəlxalq konfransa qatılan Aİ və “Şərq tərəfdaşlığı” ölkələrini təmsil edən yüksək vəzifəli şəxslərə və təşkilatçı qurumlara minnətdarlığını bildirib. D.Zalkaliani mötəbər tədbir iştirakçılarını gələn il Batumidə “Şərq tərəfdaşlığı” proqramına həsr olunacaq 17-ci beynəlxalq konfransa dəvət edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989