Haqqımızda Reklam
12 
Iyl
2019
12:30
0
9
554

Qaxariadan şok: Zor tətbiqinə mən izn vermişəm

Daxili İşlər naziri Giorgi Qaxaria Parlament binası qarşısında 20-21 iyunda baş tutan aksiyanın dağıdılması əmrini verdiyini etiraf edib. 24News.ge xəbər verir ki, bunu DİN rəhbəri Giorgi Qaxaria “Pirveli” televiziyasına açıqlamasında deyib. “Mən polis qüvvələrinə əmr vermişəm ki, xüsusi vasitələrdən istifadə etsinlər. Polisin əsas öhdəliyi dövlət institutlarının, qanuni nizamın qorunması və vətəndaşın təhlükəsizliyinin təminindən ibarətdir. Rezin güllələr öldürücü silahlar deyillər, onlara qanunla izn verilib”, – deyə o bildirib. Qeyd edək ki, rusiyalı deputat Sergey Qavrilovla bağlı insidentdən sonra ölkə Parlamenti qarşısında genişmiqyaslı etiraz aksiyası baş tutmuşdu. Etirazçılara qarşı güc tətbiq olundu, yüzlərlə insan yaralandı və saxlanıldı Bunun ardınca artıq 23 gündür ki, təşkil edilən mitinqlərdə etirazçılar DİN rəhbərinin istefasını tələb edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989