Haqqımızda Reklam
12 
Iyl
2019
11:56
11
1
2598

Marneuli rayonunun kəndlərinə dəyən ziyanın aradan qaldırlması üçün xüsusi komissiya yaradıldı (Foto)

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Marneuli rayonunun bir neçə kəndlərinə güclü küləklə müşahidə olunan leysan yağış və dolu ciddi ziyan vurub. Bu gün səhər saatlarında Marneuli bələdiyyəsində xüsusi toplantı keçirilərək Əhaliyə dəyən ziyanın sayılması üçün xüsusi komissiya yaradılıb. Marneuli bələdiyyəsinin Meri Zaur Darğallı 24News.ge xəbər portalına verdiyi müsahibəsində qeyd edib ki, ilk olaraq evlərin dam örtüklərinə ziyan dəyən vətəndaşlara çadırlar paylanılacaq: "İlk növbədə bu gün 300 yaxın evlərin dam örtüklərinə ziyan dəyən vətəndaşlara çadırlar paylanılacaq. Çadırların paylanılması yenidən yağış yağarsa evlərin yağan yağış nəticəsində yararsız hala düşməməsinin qarşısının alınması üçün nəzərdə tutulub. Bununla yanaşı əhaliyə dəyən ziyanın sayılması üçün xüsusi komissiya yaradıldı və komisiyyaya rəhbərliyi bir başa özüm edirəm vətəndaşlara əlimizdən gələn köməkliyi etməyə çalışacağıq". - deyə Marneuli meri qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989