Haqqımızda Reklam
12 
Iyl
2019
08:58
5
3
420

Donald Tusk və Bidzina İvanişvili görüşdülər (FOTO-VİDEO)

"Hiss edirəm ki, Gürcüstanın ümidli bir gələcəyi var" 24News.ge xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Donald Tusk Bidzina İvanişvili ilə görüşərkən deyib. İqtidar partiyasının lideri Bidzina İvanişvili Donald Tusku Batumidə qonaq edib və müzakirələr aparılıb. Bidzina İvanişvili Donald Tuska Gürcüstana dəstək verdiyi üçün təşəkkür edib və bildirib ki, Batumiyə gələn yüksək ranqlı qonaqların sayı göstərir ki, Gürcüstan doğru istiqamətdə inkişaf edir. Avropa Şurasının prezidenti iqtidar partiyasının lideri ilə görüşü maraqlı və təəsüratlı bir görüş adlandırdı və ümid etdiyini bildirib ki, Gürcüstan daha çox müvəffəqiyyətlərə nail olacaq. İqtidar partiyasının sədri baş nazir olduğu dövrdə Donald Tuskla olan görüşü xatırlayıb və xüsusi ilə qeyd edib ki, Avropa Şurasının prezidenti hər zaman Gürcüstan üçün yaxşı dost olub və buna görə minnətdarlıq edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989