Haqqımızda Reklam
12 
Iyl
2019
08:42
4
5
445

"Mən küçədə duran etirazçılarla danışmağa hazıram" Giorgi Qaxaria

"Küçədə aksiyada duran gənclərlə onların istədikləri məsələlərlə bağlı problemsiz danışa bilərəm". 24News.ge xəbər verir ki, bu sözləri Daxili İşlər Naziri Giorgi Qaxaria jurnalistlərə müsahibəsi zamanı deyib. O heç bir problemin olmadığını qeyd edərək küçədə aksiyada duran gənclərlə onların maraqlandığı məsələlərlə bağlı danışmağa hazır olduğunu deyib. Nazirin sözlərinə görə, tərəflərin bir-birini dinləməsi çox önəmlidir. Qaxaria qeyd edib ki, polis hər zaman dinc aksiya iştirakçılarını qoruyacaq, ancaq onlar tərəfindən zorakılığın baş verdiyi və aksiyanın hücuma çevrildiyi zaman, təbii ki, hökümət müdaxilə edəcək. Bununla yanaşı, nazir onuda bildirib ki, zorakılıq edən və radikəlizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən seçkilərdə mütləq cəzalandırılacaqlar. “Kim olursa olsun, istər müxalifət, istər iqtidar, radikalizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən cəzalandırılacaqlar. Bundan əminəm və seçkilərdə bunu görəcəyik” – deyə Daxili İşlər Naziri Giorgi Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989