Haqqımızda Reklam
12 
Iyl
2019
08:30
0
6
274

Gürcüstan və Ermənistan İctimai Yayımçıları arasında əməkdaşlıq memorandumu imzalandı

Ötən gün Gürcüstan və Ermənistan İctimai Yayımçıları arasında əməkdaşlıq memorandumu imzalanıb. 24News.ge xəbər verir ki, memoranduma əsasən, teleşirkətlər, müasir texnologiyalarla tanışlıq, yeni xəbərlərin arxivləşdirilməsi və informasiya instrumentlərinin tətbiq olunması ilə bağlı birgə medya-layihələri və proqramlar üzərində işləyəcəklər. Tərəflər seminarların, mütəxəssilərin iki tərəfli görüşlərinin və treninqlərin keçirilməsi ilə bağlı razılaşıblar. “Ermənistanın İctimai Yayımçısı ilə əməkdaşlıq memorandumun qoyulması bizim üçün sevindirici haldır. İctimai Yayımçının missiyası ilə bağlı ortaq mövqeyimiz var. Düşünürük ki, yayımçıların sıx əməkdaşlığı jurnalistikayı daha da təkmilləşdirəcək” – deyə Gürcüstanın İctimai Yayımçısının baş direktoru Vasil Mağlaperidze deyib. “Hər iki ölkənin zəngin medya-arxivi var, hansıların yeni layihələrin yaradılmasına böyük qatqıları olacaq” – deyə Ermənistanın İctimai Yayımçısının baş direktoru Marqarita Qriqoryan bildirib. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989