Haqqımızda Reklam
11 
Iyl
2019
21:55
24
0
2218

"Yetimlərə Dəstək Fondu" yaradıldı - Məlumat

Gürcüstanda yetim uşaqlara yardım etmək üçün “ƏMİN” xeyriyyə fondu yaradılıb. “ƏMİN” xeyriyyə fondunun rəhbəri Mahir Məmmədovun 24News.ge xəbər portalına verdiyi xəbərə görə, adı gedən fond bəzi yerli din xadimləri və ictimai xadimlər tərəfindən 09.06.2019 tarixində təsis olunub: "Qeyd edim ki, nəzərdə tutulan fond məhdud çərçivədə ehtiyaclı valideyn qayğısından məhrum olan uşaqlara qayğı göstərən xeyriyyə təşkilatıdır. Adı gedən fondun idarəçiliyi, müstəqil şəkildə və heç bir qurum və idarədən asılı olmayaraq bir qrup könüllü ruhanilər heyyəti tərəfindən həyata keçirilir. Fond, ehtiyaclı yetim uşaqlara qayğı görsətməkdə İslam şəriətini və ölkə qanununu əsas rəhbər tutur. Sözü gedən fond, Gürcüstanda yaşayan və Gürcüstan müsəlmanlarının icmasına mənsub olan ehtiyaclı yetimlərə aid olur. Siyahıya alınmış fondun imkanlarından yararlanan ehtiyaclı yetim uşaqlar 15 yaşa qədər yardım ala bilərlər. Allahın izni və yardımsevən insanların köməyi sayəsində artıq bir aydır ki, yaranan “ƏMİN” Xeyriyyə Fondu uğurla fəaliyyət göstərməkdədir. Hal-hazırda Fondun 80 nəfərə yaxın könüllü daimi üzvü vardır. Bu ay üçün ölkəmizin müxtəlif bölgələrindən (Tbilisi, Marneuli, Rustavi, Bolnisi, Saqareco və s.) müraciət edən 22 nəfərdən ibarət valieynini itirmiş azyaşlıların hər birinə 50 lari məbləğində pul yardımı bank hesab nömrələrinə köçürüldü" - deyə Mahir Məmmədov bildirdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989