Haqqımızda Reklam
11 
Iyl
2019
12:48
1
4
244

Suriyada partlayış baş verib, 8 nəfər ölüb, 35-i yaralanıb

Suriyanın Afrin bölgəsinin mərkəzində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobilin partlaması nəticəsində 8 mülki şəxs ölüb, 35 dinc sakin yaralanıb. 24News.ge bu barədə Report-a istinadən xəbər verir. Bildirilib ki, hadisə iyulun 11-də Afrinin cənubundakı Tirendə yaşayış məntəqəsində partlayıcı qurğu yüklənmiş mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib. Hücumu terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarnın törətdiyi ehtimalı daha çoxdur. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytun budağı əməliyyat nəticəsində Afrini, ətraf bölgələri terrorçulardan təmizləmişdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989