Haqqımızda Reklam
16 
Iyn
2021
11:38
16
7
1289

Pul müqabilində "D" kateqoriyalı sürücülük kursunu bitirdiyinə dair saxta sənəd hazırlayan şəxs saxlanılıb

Samegrelo-Zemo Svaneti bölgəsində sürücülük məktəbinin nümayəndəsinin saxta sürücülük kursunu bitirdiyinə dair sertifikatlar hazırladığı aşkarlanıb. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs həmin məktəbdə kurs keçməyən şəxslərə pul müqabilində "D" kateqoriyalı sürücülük kursunu bitirdiyini təsdiqləyən saxta sənəd hazırlayıb. Faktla bağlı, Cinyət Məcəlləsinin 221-ci və 361-ci bəndi ilə cinayət işi açılıb, saxlanılan şəxsi 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989