Haqqımızda Reklam
16 
Iyn
2021
11:18
23
6
6437

Gürcüstanda daha bir neçə nəfər "oğru dünyası"na üzv olmaq ittihamı ilə saxlanıldı (VİDEO)

Xüsusi əməliyyat zamanı Kutaisidə "oğru dünyası"na üzv olmaq və "oğru yığıncağı"nı təşkil etmək ittihamı ilə 3 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxslərdən 2-si keçmişdə məhkum olmuş şəxslərdir. Nazirlik, saxlanılan şəxslərin Kutaisidə yerləşən kafe-barlardan birinin sahibləri arasında olan anlaşılmazlığın "oğru yolu" ilə həll edilməsində iştirakda ittiham olunduqlarını bildirir. Faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü bəndi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989