Haqqımızda Reklam
10 
Iyn
2021
21:03
18
6
2385

Baş nazir açıqladı: "Ölkəyə əlavə olaraq 483 milyon avro ayrılır" (FOTO)

"Bu gün çox önəmli bir sənədə imza atırıq. Sənədin sayəsində Gürcüstana əlavə olaraq 483 milyon avro ayrılacaq". 24News.ge xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili, Fransanın inkişaf agentliyi (AFD) və Gürcüstan arasında 2021-2023-cü illərdə əməkdaşlıq barədə sənədə imza atarkən deyib. Baş nazir əlavə edib ki, Fransanın inkişaf agentliyi Gürcüstanda bir sıra önəmli layihələr həyata keçirir: "2017-ci ildə Fransanın inkişaf agentliyi regional ofis açdıqdan sonra, bizim əməkdaşlığımız daha da gücləndi və genişləndi. Agentliyin iştirakı ilə Gürcüstanda bir sıra önəmli proekt və proqramlar həyata keçirilir. Həmçinin xüsusi olaraq, Fransa hökumətinə panidemiya dövründə bizə göstərdiyi yardıma görə təşəkkür edirəm", - deyə baş nazir əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989