Haqqımızda Reklam
10 
Iyn
2021
14:46
21
13
7548

Gürcüstanda "qanuni oğru"lara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb (VİDEO)

Tbilisi, Telavi və Kutaisidə eyni anda keçirilən xüsusi əməliyyat zamanı "oğru dünyası" ilə əlaqəli 13 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxslər "oğru dünyası"na üzv olmaq və "oğru dünyası"na dəstək olmaqda ittiham olunurlar. Nazirliyin məlumatına əsasən, saxlanılan şəxslər iki nəfər şərik olan biznesmenlər arasında yaranan mübahisəni, biznesmenlərdən birinin istəyi ilə "oğru dünyası" yolu ilə həll etməyə çalışıb və 2021-ci ilin 16 aprel tarixində Tbilisidə binalardan birində görüş təşkil edilib və şəriklərdən birinə digər şərik üçün 80 000 lari verməli olduğu qərarı verilib. Faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989