Haqqımızda Reklam
19 
May
2021
11:28
12
25
14002

Almaniyada işləyəməyə gedən Gürcüstan vətəndaşlarını az maaşla ağır iş şəraitində işlədirlər

Mövsümi iş üçün Gürcüstandan Almaniyaya gedən Gürcüstan vətəndaşları, az maaşla ağır iş şəraitində işlədilirlər. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyası məlumat yayıb. Məlumata əsasən, onlara vəd edilən saatda 9 avro maaş əvəzinə 3 avro verilir: "Maaşlarının saatda vəd olunan 9 avro əvəzinə 3 avro olduğu barədə məlumatımız var. Bundan əlavə, onlar orada dözülməz vəziyyətdə yaşayırlar. Həmkarlar ittifaqı məsələni öyrənmək üçün Alman səfirinə və Gürcüstanın Əmək və Səhiyyə naziri Ekaterine Tikaradzeyə müraciət edərək Gürcüstan vətəndaşlarının vəziyyəti ilə dərhal maraqlanmaq üçün müraciət olunub. Gürcüstan Əmək Müfəttişliyi də mövcud vəziyyətlə tanış olmalıdır", - deyə agentliyin məlumatında qeyd olunub. Qeyd edək ki, Gürcüstanın Məşğulluq Agentliyi məsələ ilə bağlı bəyanat yayaraq bu barədə Almaniyanın Məşğulluq Agentliyi ilə əlaqə qurduqlarını və problemi onlara çatdırdıqlarını bildiriblər. Agentlik çox keçmədən Almaniya tərəfindən problemin həll edilməsi üçün gərəkli işlərin həyata keçirildiyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989