Haqqımızda Reklam
17 
May
2021
15:23
20
30
5186

Dmanisidə müsəlman və xristian din xadimləri görüşüblər (FOTO)

Dmanisidə baş vermiş qarşıdurmalarla bağlı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və müfti Etibar Eminov sözügedən rayona gəliblər. 24News.ge xəbər verir ki, az öncə xristian və müsəlman din nümayəndələri arasında görüş baş tutub. Görüşdə tərəflər mövcud anlaşılmamazlığın dialoq yolu ilə həll edilməsinin önəmini vurğulayıblar. Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət göstəriblər. Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər. Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində fiziki qarşıdurmalar yaşanıb. Təqribi olaraq 1 saat əvvəl Dmanisi rayon mərkəzinə əlavə polis qüvvələri cəlb edilib. Hazırda polis rayon mərkəzinə nəzarət edir və nisbi sakitlikdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989