Haqqımızda Reklam
17 
May
2021
13:20
32
8
10872

Bir qrup vətəndaş Dmanisi polis idarəsinin qarşısına toplaşıb (FOTO)

Bu dəqiqələrdə bir qrup vətəndaş Dmanisi rayon polis idarəsinin qarşısına toplaşıb. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları dünən Dmanisidə etnik azərbaycanlıların mağazasına hücum edən şəxslərin azadlığa buraxılmasını istəyirlər. Mövcud məlumata görə, polis dünən Dmanisi rayon mərkəzində etnik azərbaycanlılara məxsus mağazaya hücum edən 8 nəfər svan əsilli ekomiqrantı saxlayıb. Səhər saatlarından Dmanisi mərkəzində iki icma arasında qarşıdurmalar yaşanır. Yerli azərbaycanlı icması dünən baş vermiş hücumun iştirakçılarının sərt şəkildə cəzalandırılmasını tələb edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989