Haqqımızda Reklam
17 
May
2021
11:29
23
10
4599

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlandı

Ölkədə yoluxma sayında ötən günlə müqaisədə bu gün azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 504 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 038 nəfəri sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 330 879 nəfərə çatıb. Onlardan 310 859 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 27 nəfərin ölməsi ilə bərabər ümumilikdə 4469 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 67, stasionar nəzarətdə 4395, nəfər var. 657 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 968 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989