Haqqımızda Reklam
17 
May
2021
11:10
18
24
5248

Nazir müavini Dmanisidə baş verənlərdən danışdı...

Daxili işlər nazirinin müavini, Aleksandre Daraxvelidze Dmanisidə mağazaya edilən kütləvi hücum faktı barəsində danışıb. 24News.ge xəbər verir ki, nazir müavini hadisə ilə bağlı istintaqın başladıldığını və insidentin bütün iştirakçılarının təyin edilməsi üzrə iş aparıldığını bildirib. "Dmanisidə baş vermiş insidentlə bağlı deyə bilərəm ki, istintaq fiziki şiddət ittihamı əsasında başladılıb və operativ tədbirlər görülür. Həmçinin, insidentdə iştirak edən hər bir şəxsin müəyyənləşdirilməsi aparılır. Onlara qarşı qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək və istintaq hər şeyi üzə çıxaracaq,"-deyə A.Daraxvelidze bildirib. Xatırladaq ki, ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989