Haqqımızda Reklam
17 
May
2021
09:54
5
35
8647

Dmanisi meri Giorgi Tatuaşvili baş verən insidentlə bağlı açıqlama verdi...

Dmanisi meri Giorgi Tatuaşvili Dmanisidə baş vermiş qarşıdurmada ciddi xəsarət alan olmadığını bildirir. 24News.ge xəbər verir ki, Tatuaşvili yaralananların yüngül xəsarət aldığını bildirib. Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır heç bir gərginlik yoxdur: "Hazırda sakitçilikdir. Heç bir problem mövcud deyil. Qarşıdurma zamanı yaralananlara gəlincə, heç kim ciddi xəsarət almayıb, onlar yüngül xəsarət almışdılar, hazırda xəsarət alanlardan hər biri xəstəxanadan evə buraxılıb. Qarşıdurma heçnədən baş verib. Hüquq-mühafizə orqanları öz işlərini görəcək, araşdıracaq və uyğun cavab verəcəklər", - deyə G. Tatuaşvili bildirib. Xatırladaq ki, ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989