Haqqımızda Reklam
17 
May
2021
09:41
11
20
6434

Dmanisinin millət vəkili baş verən hadisə ilə bağlı çağırış etdi...

"Hər kəsi mövcud hadisəni siyasi və ya başqa məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıram". 24News.ge xəbər verir ki, bu sözləri Bolnisi-Dmanisi-Tetricğaro-Calqa üzrə majoritar millət vəkili Qoqi Meşveliani, Dmanisidə baş verən hadisəni şərh edərkən deyib. Onun sözlərinə görə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar daha da acınacaqlıdır: "Dünən gecə Dmanisidə kədərli bir hadisə yaşandı. Bu faktla bağlı sosial mediada edilən paylaşımlar daha acınacaqlıdır. Əldə etdiyim məlumata görə, bu mərhələdə hadisə yeri vəziyyət qanunla müəyyən edilmiş tədbirləri həyata keçirən polis tərəfindən tam nəzarətdədir və ümid edirəm ki, hadisədə iştirak edən bütün şəxslər ən qısa müddətdə müəyyənləşdiriləcək və qanun qarşısında cavab verəcəklər. Eyni zamanda, hər kəsi mövcud hadisəni siyasi və ya başqa məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıram", - deyə Meşveliani qeyd edib. Xatırladaq ki, ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989