Haqqımızda Reklam
17 
May
2021
09:26
11
29
4575

Dmanisidə yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücumun təfərrüatları məlum olub. 24News.ge xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib. Onun sözlərinə görə, ilk olaraq mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər tez elə ver yoxsa bu kalkulyatoru başına çırpacam dedilər. Mübahisədən sonra bizi bununla bağlı polis bölməsinə getdik. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib oradakı insanları döyüb bir neçə nəfəri ciddi yaralayıblar”. S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”, - deyə Səidə İsmayılova bildirib. Xatırladaq ki, ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989