Haqqımızda Reklam
17 
May
2021
00:27
34
5
4149

Daxili İşlər Nazirliyi Dmanisidə baş verən insidentlə bağlı istintaq başladıb

Bu gün Dmanisdə baş verən insident zamanı çox sayda yerli azərbaycanlıların xəsarət alması ilə bağlı DİN istintaq başladıb. 24News.ge xəbər portalının hadisə yerindən verdiyi məlumata görə, qarşıdurma zamanı zərərçəkmiş şəxslər artıq polislər tərəfindən dindirilib. İstintaqın hansı maddə ilə başlanıldığı ilə bağlı hələ ki rəsmi məlumat olmasa da, lakin Daxili İşlər Nazirliyinin əməkdaşları baş vermiş insidentin motivlərini araşdırır. Yerli sakinlərin məlumatına görə, hücum edənlərdən hələ ki, heç kim saxlanılmayıb. Xatırladaq ki, bu gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989