Haqqımızda Reklam
16 
May
2021
23:45
43
6
6193

Dmanisidə baş verən insidentə təcili baxılmasa etiraz aksiyası keçiriləcək

"Bu gün Dmanisidə baş verən insidentə təcili şəkildə baxılmasa etiraz aksiyası keçiriləcək". Bu barədə Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketin qarşısına toplaşan yerli azərbaycanlılar, 24News.ge xəbər portalına müsahibəsində qeyd ediblər. Sakinlər bildiriblər ki, bu gün baş verən insidentin təməli çoxdan qoyulub və onlara qarşı dəfələrlə mübahisələr və təhdidlər olub. Yerli azərbaycanlılar hökuməti baş verən insidentlə bağlı təcili tədbirlər görməyə və günahgarların cəzalandırlmasını tələb edirlər. Xatırladaq ki, bu gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989