Haqqımızda Reklam
16 
May
2021
19:26
6
18
3196

Koda yolunda ağır avtomobil qəzası baş verib (FOTO)

Bu gün günün ikinci yarısında Koda yolunda ağır avtomobil qəzası baş verib. 24News.ge xəbər portalına şahidlərin veridyi məlumata görə, hadisə zamanı "Mercedes" markalı avtomobillə yük maşını "Tır" toqquşub. Məlumata əsasən, "Mercedes" markalı avtomobilin sürücüsü magistral yola çıxan zaman Tbilisi istiqamətindən gələn yük maşınını gözləməyib və nəticədə qəza hadisəsi baş verib. Toqquşma nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və əraziyə gələn təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılıb. Hadisə yerinə polis patrul xidməti cəlb olunub, faktla bağlı DİN-nin əməkdaşları araşdırma aparır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989