Haqqımızda Reklam
16 
May
2021
14:58
13
6
2767

Dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı artır. Bu səbəbdən də marketlərlə yanaşı parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır? 24News.ge xəbər verir ki, mütəxəssislər bildirir ki, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır: “Küçə və parklarda açıq şəraitdə gilizlərdə - qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitində satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yola aça bilər”. Mütəxəssislər qeyd edir ki, dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir: “Çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istifadəsi tövsiyə edilmir". Mütəxəssislər dondurmanın yüksək kalorili bir məhsul olduğuna görə artıq çəkidən əziyyət çəkən insanların bu məqamları nəzərə almalarını tövsiyə edirlər: “Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastriti olan insanlar, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə olunmur. Çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər”. Mütəxəssislər bütün sadalananlarla yanaşı dondurmanın insan orqanizimi üçün bir çox faydasının və orqanizm tərəfindən asan həzm olunan qida məhsulu olduğunu bildirirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989