Haqqımızda Reklam
16 
May
2021
10:45
21
8
1762

Polşadan və Ukraynadan Gürcüstana mütəmadi reyslər bərpa olunur

Polşa və Ukraynadan Batumi beynəlxalq hava limanı istiqamətində mütəmadi reyslər həyata keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb. Resylər Varşava-Batumi, Kiyev-Batumi və əks istiqamətlərdə olacaq. Varşava-Batumi reyslərini polşanın "LOT Polish Airliens" aviakompaniyası həyata keçirəcək. Uçuşların ilk mərhələsi 6 iyundan 27 sentyabradək, həftənin hər bazar ertəsi günləri həyata keçiriləcək. Kiyev-Batumi reysləri isə "Ukraine İnternationl Airlines" tərəfindən həyata keçiriləcək. Reyslər 10 iyundan 12 sentyabradək hər bazar ertəsi və cümə günləri baş tutacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989