Haqqımızda Reklam
16 
May
2021
10:20
13
6
952

XİN başçısı Zalkaliani Ukraynaya yola düşür

Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani bu gün Ukraynaya rəsmi səfər edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. XİN başçısı ikigünlük səfər çərçivəsində Kiyevdə keçirəcək bir sıra görüşlərdə Gürcüstan-Ukrayna strateji tərəfdaşlıq, müxtəlif sahələrdə əməkdaşlıq və əlaqələrin dərinləşdirilməsi perspekrivlərini müzakirə edəcək. D.Zalkaliani Moldova, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşünə də qatılacaq. Nazirlər Avropa İttifaqı ilə iqtisadi və sektoral inteqrasiyanın gücləndirilməsi üçün gələcək əməkdaşlıq və qarşıdan gələn “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Onlar həmçinin bölgədə təhlükəsizlik mühiti və mövcud çağırışlar ətrafında da fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, səfərin 18 may tarixində başa çatacağı gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989