Haqqımızda Reklam
15 
May
2021
22:23
31
8
1519

Batumidə komendant saatının götürülməsi tələbi ilə etiraz aksiyası keçirilib

Bir qrup ictimai aktivistlər gecə saatlarında komendant saatını pozaraq aksiya keçiriblər. 24News.ge xəbər verir ki, Batumi Bulvarında aksiya keçirən aktivistlər hökuməti komendant saatını ləğv etməyə genişmiqyaslı peyvəndləmə prosesinə başlamağı tələb ediblər. Etirazçıların sözlərinə görə, komendant saatı səbəbindən turistlər Acaryadan imtina edəcəklər: "Ədalətsiz və qanunsuz olan 'komendant saatı'nı pozduq, mən Batumidən olan bir insan kimi ürəyim ağrıyır, turizm mövsümünə hazırlıq yoxdur. Yaz gəlir və turistlər üçün cəlbedici bir mühit yoxdur. Bu, iqtisadi vəziyyəti daha da pisləşdirəcək. Dövlət təsirli addımlar atmaq və bizi bu böhrandan çıxaracaq kütləvi peyvəndləmə prosesinə başlamalıdır", - deyə aktivist Alexander Milorava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989