Haqqımızda Reklam
15 
May
2021
21:59
3
24
2240

ŞOK görüntülər - İsrail Qəzzadakı beynəlxalq media mərkəzini yerlə bir etdi (VİDEO)

İsrail HHQ Qəzza zolağındakı beynəlxalq media mərkəzinə zərbə endirib. 24News.ge xəbər verir ki, binada “Associated Press” və “Al-Jazeera” kimi beynəlxalq yayım təşkilatlarının ofisləri yerləşirmiş. Zərbə nəticəsində bina tamamilə yerlə bir olub. Qeyd olunub ki, zərbədən öncə İsrail tərəfi binanın hədəfə alındığı barədə xəbərdarlıq edib. Məhz bunun sayəsində beynəlxalq KİV əməkdaşları binanı vaxtında tərk edə biliblər. İsrail ordusunun iddiasına görə, bina HƏMAS tərəfindən gizli silah anbarı kimi istifadə olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989