Haqqımızda Reklam
15 
May
2021
21:43
8
25
3497

Azərbaycan – İran sərhədində atışma - İki hərbçi şəhid olub

Bu gün 15 may tarixində saat 16:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində üç nəfər naməlum şəxs dövlət sərhədini pozub. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989