Haqqımızda Reklam
15 
May
2021
16:35
17
8
16369

Gürcüstandan Azərbaycana katalizatorsuz avtomobil ixrac edənlərin nəzərinə....

Azərbaycanda katalizatoru olmayan avtomobillərə cərimələr tətbiq olunur. 24News.ge Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, xüsusən Bakıda katalizatoru olmayan avtomobillərlə bağlı reydlər keçirilir. Məlumata əsasən, reyd zamanı katalizatoru olmayan avtomobillər cərimə meydançasına aparılır və 150 AZN (300 GEL) cərimə olunur. Bundan sonra avtomobilin cərimə meydançasından çıxarılmasına bu şərtlə icazə verilir ki, avtomobil sahibi katalizator alaraq orada avtomobilə onu quraşdırsın. Bakı şəhər baş polis idarəsi isə məsləyə açıqlamasında qeyd edib ki, katalitik təmizləyicinin olmaması ekoloji cəhəddən ciddi problemlər yaratdığı üçün bu kimi tədbirlər həyata keçirlir. Xatırladaq ki, son dövürlər avropadan gətirilən bir çox Hibrid avtomobillərinin katalizatoru Gürcüstanda çıxarılaraq Azərbaycana katalizatorsuz tranziti həyata keçirlir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989