Haqqımızda Reklam
15 
May
2021
13:48
26
4
7597

Ərdoğandan açıqlama: "İsrail artıq bütün qırmızı xətləri keçib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bütün qırmızı xətləri keçdiyini deyib. 24News.ge xəbər verir ki, Ərdoğan çıxışında Qüds və Qəzza zolağındakı hərəkətlərinə görə İsraili "terror dövləti" adlandırıb. "Müsəlmanlar, xristianlar və həmçinin Yəhudi xalqı üçün müqəddəs bir yer olan Qüdsü soyğunçuluqla soymağa çalışan bu terror dövləti bütün qırmızı xətləri keçdi", - deyə Ərdoğan bildirib. Hakim partiya toplantısında çıxış edən Ərdoğan, Birləşmiş Millətlər Təşkilatını və İslam ölkələrini İsrail ilə Qəzzadakı silahlılar arasındakı silahlı qarşıdurmaya son qoymağa çağırıb. Türkiyə liderinin sözlərinə görə, Ankara zorakılığın dayandırılmasına yönəlmiş istənilən BMT təşəbbüsünü dəstəkləyəcək. Ərdoğan qeyd edib ki, 19 ölkənin liderləri ilə Yaxın Şərqdə davam edən münaqişə mövzusunu müzakirə aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989