Haqqımızda Reklam
14 
May
2021
14:57
16
4
4077

Azərbaycan Diasporuna Dəstək Fondu Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir

Azərbaycan öz torpaqlarının bütövlüyü uğrunda şəhid olanların xatirələrini əziz tutaraq şəhid və qazilərin ailələrinin qayğı ilə əhatə olunması üçün və onların problemlərinin həlli istiqamətində davamlı işlər görməkdə davam edir. Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi. 24News.ge xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu birliyə güvənərək Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə 25 may 2021-ci il tarixində Xeyriyyə Marafonu təşkil edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, "Azərbaycan Diasporuna Dəstək Fondu/Fund for Support to Azerbaijan" Diaspora təşkilatçılığı ilə bir ay davam edəcək xeyriyyə marafonunun yekunları və marafon çərçivəsində toplanan vəsaitin məbləği mayın 25-i saat 21:00-da AZTV vasitəsilə ictimaiyyətə açıqlanacaq. Xeyriyyə Marafonunda iştirak etmək, ailələrini bizə əmanət edən qəhrəman oğullarımızın ruhu qarşısında Vətənə sədaqət nümunəsidir. Bu müqəddəs işə töhfə verəcəyinizə inanaraq, Sizi Marafonda iştirak etməyə çağırırıq. Gəlin Qələbəni bizə yaşadanları birlikdə yaşadaq! Marafon çərçivəsində ianə etmək üçün: Azərbaycan Respublikası daxilində: Manat hesabı: AZ78 AIIB 4006 0019 4404 2183 0102 Xaricdən göndərilən ianələr üçün: ABŞ dolları üçün bank hesabı: AZ68 AIIB 4016 0018 4004 2183 0102 EURO hesabı: AZ48 AIIB 4016 0019 7804 2183 0102

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989