Haqqımızda Reklam
13 
May
2021
21:44
24
4
5591

Baş nazirlə görüşdə Marneulidəki mədrəsənin yenidən inşasına izin verilməməsi məsələsi müzakirə olunub

Bu gün Hökümət Administrasiyasının binasında Baş nazir İrakli Qaribaşvilinin müsəlman dini icmasının rəhbər və təmsilçiləri ilə Ramazan bayram münasibəti ilə keçirilən görüşündə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tərəfindən müsəlmanları narahat edən məscidlə bağlı problemlər və digər bir sıra məsələlər dilə gətirilib. 24News.ge xəbər verir ki, görüşdə həmçinin Marneulidə qəza vəziyyətində olduğundan yerində yenidən inşası nəzərdə tutulan dini təhsil ocağının tikilişinə iznin verilməməsi, bu sahədə 1 ilə yaxın müddətdə yerli idarəetmə orqanından heç bir cavabın olmaması inanclı insanları narahat etdiyi bildirilib. O qeyd edib ki, Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstərən ruhanilərin böyük bir hissəsi bu təhsil müəssisəsinin məzunlarıdır. Bölgələrdə insanların dini ibadət və inanclarını yaşaması yönündə mədrəsə və dini təhsil mərkəzlərinin yetirdiyi din xadimlərinə ehtiyac danılmazdır. Görüşdə iştirak edən Marneulin baş axundu və İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev artıq 23 ildir fəaliyyət göstərən mədrəsənin əhəmiyyəti və onun Gürcüstanın İslam dini camiəsinə verdiyi töhfələri dilə gətirərək baş nazirin xüsusi göstərişi ilə tikintiyə iznin əldə olunmasına ümidvar olduğunu bildirib. Dini zəmində olan problemləri diqqətlə dinləyən hökümət başçısı Dini Məsələlər üzrə Dövlət Agentliyinə bu məsələnin həlli istiqamətində xüsusi tapşırıq verib. Gələcəkdə yeni tikiləcək mədrəsəyə qonaq olacağını da söyləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989