Haqqımızda Reklam
13 
May
2021
14:50
45
12
16151

Hökumət quru sərhədlərin açılması ilə bağlı yeni açıqlama verdi...

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava quru sərhədlərin 3-cü dalğanın sonlarına yaxın açıla biləcəyini bildirib. 24News.ge xəbər verir ki, Turnava bu barədə peyvənd olunduqdan sonra jurnalistlərə verdiyi müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, bu məsələ növbəti bir neçə həftənin müzakirə mövzusu olacaq: "Quru sərhədlərin etibarlı şəkildə açılması turizm üçün əsas stimullardan biridir. Quru sərhədlərin açılması planlaşdırılır, lakin üçüncü dalğanın tamamlanması zamanı ilə üst-üstə düşməlidir. Yəqin ki, növbəti bir neçə həftənin mövzusu bu olacaq", - deyə N. Turnava bildirib. Xatırladaq ki, hökumət rəsmiləri ölkədə üçüncü dalğanın sonunu, may ayının sonlarında olacağını ehtimal edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989