Haqqımızda Reklam
13 
May
2021
14:47
19
10
8238

Nazir müşaviri onu təhdid edən şəxslərin adlarını açıqlayaraq cinayət işi açıldığını bildirdi

Gürcüstanda yaşayan azərbaycanlıları etnik azlıq adlandırdığım üçün məni ölümlə hədələdilər". Bu sözləri Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, 24News.ge xəbər portalına son zamanlar ona qarşı edilən təhdidləri şərh edərkən seyib. Onun sözlərinə görə, onu iki Qardabani sakini, Səməd Şahverdiyev və Allahyar Yusubov ölümlə hədələyib: "Problemin başlama səbəbi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlər Nazirliyinin təşəbbüsü ilə bölgələrdə Etnik Azlıqlar Üçün Pulsuz Dövlət Hüquqi Xidmətlərindən İstifadə adı altında görüşlərin keçirilməsi olub. Görüşlərin məqsədi vətəndaşları dövlət xidmətləri ilə maksimum dərəcədə məlumatlandırmaq olub. Sözügedən layihə cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandı, lakin görünür ki, müəyyən quruplar bundan çox narahat oldular. Onlar Ayaz Məmmədov niyə Gürcüstanda yaşayan azərbaycanlılara etnik azlıq adı verir deyərək məni təhqir etməyə başladılar. Hətta iki Qardabani sakini, Səməd Şahverdiyev və Allahyar Yusubov məni ölümlə də hədələməyə başladılar". A. Məmmədov, sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi açdığını bildirib: "Qeyd edim ki, mən Gürcüstan azərbaycanlılarına heç bir status verməmişəm və sözügedən layihənin adı beynəlxalq termindən götürülərək istifadə edilib. Etnik azlıq Gürcüstanda yaşayan bütün qeyri-gürcülərə deyilir və bu bir beynəlxalq statusdur. Eyni növbədə mənim vəzifəmin statusu da Gürcüstanda yaşayan etnik azlıqların Kvemo Kartli üzrə nümayəndəsi (müşaviri) olaraq gedir. Mən başa düşə bilmirəm buna görə məni niyə ölümlə hədələyirlər? Ölümlə hədələndiyim canlı yayımdan sonra mən də çox narahat oldum və Gürcüstanın Daxili İşlər Nazirliyində 151-ci maddə əsasında cinayət işi qaldırmışam. Hazırda istintaq davam edir və hər iki şəxs dindirilib. İstintaq davam etdiyinə görə çox fikir bildirmək istəmirəm, ona görə də gözləyək, mənim gözəl vətənimin ədalətli hüquq orqanları var və inanıram ki, sözügedən şəxslər qanun çərçivəsində cəzalandırılacaqlar", - deyə A. Məmmədov qeyd edib. Xatırladaq ki, bir müddət öncə Ayaz Məmmədov şəxsi facebook səhifəsində ölümlə hədələndiyi ilə bağlı paylaşım etmişdir əməkdaşlarımız isə bundan sonra A. Məmmədovun fikirlərini alıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989