Haqqımızda Reklam
13 
May
2021
10:59
12
5
1567

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayında azalma qeydə alınıb

Ölkədə yoluxma sayında ötən günlə müqaisədə bu gün azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 776 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1329 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 326 441 nəfərə çatıb. Onlardan 306 264 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 16 nəfərin ölməsi ilə bərabər ümumilikdə 4379 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 73, stasionar nəzarətdə 4278, nəfər var. 710 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 1409 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989