Haqqımızda Reklam
12 
May
2021
19:45
24
4
2920

Yaşar Quliyev: "Ramaz Budağaşvili, Savalan Mirzəyev və Zaur Darğallı mənim işimə baxmadılar"

Qardabani rayonunun Botanika kənd sakini Yaşar Quliyev artıq 6 ildir ki, bütün əlaqədar dövlət orqanlarına lazimi sənədləri təqdim edərək müraciət etsə də, evinin sənədləşməsində heç cür müsbət cavab ala bilməyib. 24News.ge xəbər portalına müraciət edən Yaşar Quliyev, evinin sənədləşməsində problemin yaranmasında əsas səbəb, 1960-cı ildə ev inşa edildildikdən bir neçə il sonra yaşayış evinin üzərindən 110 kilovatlıq yüksək gərginliklik elektrik naqilinin çəkilməsi olub. 85 yaşlı Yaşar Quliyev artıq yaşının keçdiyini və sabah o dünyadan köçəndən sonra ailəsinin ciddi problemlər yaşayacağını deyir. Müsahibimiz mövcud problemlə bağlı rayon meri Ramaz Budağaşvili, prlamentin deputatları Savalan Mirzəyev və Zaur Darğallıya müraciət etsə də ona heç bir kömək etmədiklərini deyir. Qeyd edək ki, vətəndaşın daha geniş müsahibəsinə axşam saat 20:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989